Bayramlar üçün hazırladığı xüsusi Doodle-larla, özünəməxsus şəkildə təbrik edən Google, Novruz üçün də hazırladı.
Sayta daxil olduqda şəklin title-ında «Novruz Bayramınız mübarək!» yazılır. Üzərinə klik etdikdə isə "Novruz bayramı" axtarır.
Axtarış URL-ində diqqət çəkən başqa ünsür isə, «ct=persiannewyear11-hp» yazısıdır. Buradan görünür ki, Novruz logosunu yerləşdirərkən daha çox farslar nəzərə alınıb.