Friday, 2024-11-29, 0:28 AM
Welcome Guest | RSS

Beşikdən qəbr evinə kimi elm öyrənin...

Menyu
LOGİN
STATISTIKA

Main » 2011 » March » 29 » Xilaskar...
8:10 PM
Xilaskar...

Hamı gözləyir. Keçmiş zamanlarda da gözləmişlər. Bəzi insanlar dinə əsasən gözləyir. Bir para adamlar isə dinə bağlı olmasalar da hansısa xoşbəxtliyi gözləyirlər. Görürsən bəzən biri digərinə öz dərdini deyəndə tərəf belə cavab verir: Hər şey yaxşı olacaq. Darıxma!!!

Bu təsəlli, hər şeyin yaxşı olacağını gözləmək görəsən haradan doğur? Hər şey yaxşı olacaq deyə təsəlli verən şəxsə nə üçün heç kəs etiraz etmir? Demək hamı gözləyir. Bəs insanlar görəsən nəyi gözləyir? Kimi gözləyir? Bu ülvi gözləmək hissi nədən qaynaqlanır?

Bəşəriyyətin elmi, mədəni və sivilizasiya mənbəyi olan bütün dinlər insanlara gözləməyi məsləhət görür. Yəhudilik, məsihilik, buddizim, məcusilik və s. hamı gözləyir. Müsəlmanlar da gözləyir.

Şiə də gözləyir, sünnü də. (Əlbəttə sünnü qardaşlarımız nə sirri Xudadırsa gözləmirlər, halbuki Quran və sünnədə (Peyğəmbərimizin yol və qaydasında) gələcəyin saleh insanların əlində olacağı və salehlərin rəhbəri olan Həzrət Məhdi (ə) barəsində inkarolunmaz miqdarda məlumat var. Rəsulullahın (s) hədisi - şərifinə əsasən ən fəzilətli ibadət saleh dünyanın qurulmasını (İmamın zühurunu) gözləməkdir).

Bəli! İmamın zühurunu gözləyirlər. İndi oxucu deyəcək ki, digər dinlərin nümayəndələri imamı necə gözləyə bilər ki, hətta imamı tanımırlar belə!

Bu sualın cavabını aşağıdakı fərziyyədən tapın:

Fərz edin ki, bir şəxs bir meşədə azğın düşüb. Bu şəxs elə hey xilas olmaq barəsində düşünür. Bu məqsədlə bir gün yırtıcıların içinə, o biri gün isə dənizə baş vurur. Xilas yolu tapmadığı üçün dağa qalxır. Bir şey çıxmadığını görüb adamyeyənlərin toruna düşür və belə-belə bütün yolları yoxlayır. Nəhayət... günlərin bir günü bir bələdçi ona kömək edir. Bələdçini görən kimi azmış insanın ilk sözü bu olur: Gəl çıx da... Gör nə vaxtdır ki, səni gözləyirəm!

Hə, bax bu oldu xilaskarı gözləmək! İnsan həqiqətən xilas olmaq istəyirsə əsl xilaskarı tanıyan kimi dərhal onu axtarmağa çalışar.

Bu günə qədər sınamadığımız hansı yol qalıb? Feodalizm, sosializm, kapitalizm, humanizm, demokratiya və və və.

Heç biri kar edə bilmədi.

Gəlin imamı gözləyək. Gəlin onu gözləməyin tələb etdiyi əməlləri həyata keçirək. Gəlin zühura heç olmasa bu batil gözləmələr qədər dəyər verək.

Allah bizləri hidayət eləsin. Amin!!!

İlahiyyatçı alim: Hacı Seyyid MirCəfər Əyyubzadə

Məlumatdan istifadə etdikdə istinad zəruridir!

Views: 1010 | Added by: Dervish | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
REKLAM-TAK
MINI-CHAT
REKLAM-WMLINK
WMLINCK-IFRAME

Copyright VersuS © 2024
Website builderuCoz