|
Main » 2011 » March » 30 » 8 yaşlı qoca
|
İngiltərədə nadir və qeyri-adi xəstəlikdən əziyyət çəkən uşaq yaşayır. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 8 yaşlı uşaq xarici görünüşünə görə 80 yaşlı qocaya bənzəyir. Aşhanti Smit müalicəsi olmayan " erkən yaşlanma xəstəliyi"dən əziyyət çəkir. Xəstəliyi üzündən çox gəzə bilməyən və asanlıqla təngnəfəs olan qızın çəkisi 12 kq-dır. Xəstəliklə bağlı olaraq onun saçları tökülüb, üzü qırışıb. Anasının sözlərinə görə, qızın xəstəliyi bir yaşı bitməmiş aşkar edilib. 8 milyonda bir müşahidə edilən xəstəlikdən əziyyət çəkənlər ən çox 15 yaşına kimi yaşayırlar.
|
Views: 1448 |
Added by: Versus
| Rating: 0.0/0 |
|
|
| | |