- Amerikalıların fikrincə 2 $lıq əskinas bədbəxtlik gətirir.
- XX əsrin əvvəllərində Bakıda kişilər borc əvəzinə girov kimi saqqallarrını qoyurdular.
- Bavariyada qarınsız kişiləri şikəst hesab edirlər.
- Demaqoq yunanca "xalq rəhbəri" deməkdir.
- Gürcüstanın Bolnisi şəhəri 1948-ci ilə kimi Luksemburq adlanırdı.
- Bu günə qədər ən ağır böyrək daşı 1.36 kq olub.
- Hər il dünyada 2500 solaxay, sağ əl üçün nəzərdə tutulan əşyalardan ölür.
- Neftin cəmi 1 damlası 25 litr içməli suyu yararsız hala salır.
- Qəbul olunmuş standarta görə pivə və limonad qapaqlarındakı dişciklərin sayı 21 olmalıdır.
- Dünyada ilk qırmızı bayrağı Babək Xürrəmi qaldırıb.
- Andorra Respublikasında həbs cəzasına məhkum olunmuş dustaqlara İspaniya və ya Fransa həbsxanalarında cəza çəkmək seçimi verilir. Çünki Andorrada həbsxana yoxdur.
- İlk adekalonu Almaniyanın Köln şəhərinin ətriyyatçıları icad edib. Adekalon almanca Ade - su, Kalon - Köln sözlərinin birləşməsindən meydana gəlib, Köln suyu deməkdir.
- Bir futbolçu topa hər dəfə başı ilə vuranda, beynində min hüceyrə ölür
- Bütün Amerikanın prezidentləri eynək taxırdılar, sadəcə bunu göstərmək istəmirdilər.
- Dünya əhalisinin 25 faizi heç zaman telefonla danışmayıb
- Ştrixkod (bar code) istifadə olunmuş ilk məhsul Wrigley’s saqqızıdır.
- ABŞın prezident seçkilərin tarixində yalnız 1 dəfə 1789cu ildə prezidentliyə namizəd Corc Vaşinqtonun rəqibi olmayıb. Çünki o çox hörmətli adam olub.
- Smoking pencəyini ingilislər əvvəllər xesusi olaraq tütün çəkəndə geyinirdilər.
- Afinanın şəhər hakimiyyəti hər həftə məşhur Torfenon məbədinin atrafına 1 maşın daş tökür, çünki bura gələn turistlər hər dəfə 1 daş götürürlər.
- Kişilərin 3 düymə pencəyin aşağı düyməsini açıq saxlamaq dəbi Uinston Çöçildən qalıb. Çünki onun qarnı çox böyük olduğundan pencəyin aşağı düyməsi bağlanmayıb.
- İngiltərənin məşhur Buckingham sarayında 602 ədəd otaq var, bu otaq bizim Azadlıq meydanındakı Hökümət evinin otaqları ilə eyni saydadı
- Dünyada ən populyar ad –Annadır, bu adı 100 milyona yaxın insan daşıyır
- Qeydə alınmış ən çox müddətli toyuq uçuşu 13 saniyə davam etmişdir.