Saturday, 2024-05-18, 7:39 PM
Welcome Guest | RSS

Beşikdən qəbr evinə kimi elm öyrənin...

Menyu
LOGİN
STATISTIKA

Main » 2011 » February » 19 » Psixomatrisin sətirləri...
6:26 PM
Psixomatrisin sətirləri...
Psixomatrisin üfüqi cizgi üzrə 3 sətri var. Sətirlərin keyfiyyət dərəcələrini müəyyənləşdirmək üçün həmin sətrdəki müvafiq rəqəmlərin sayının cəmi olmazürülür.

Psixomatrisin I sətri




Psixomatrisin birinci sətri "1", "4" və "7"-ci xanalardan ibarətdir.


Birinci sətir aşağıdakı kimi xarakterizə olunur:
İnsanın həyatda məqsədli yaşaması
Müəyyən məqsədi əldə etməyə çalışması
Qarşıya məqsəd qoyma və öz hüquqlarını müdafiə

Birinci sətrin keyfiyyət analizi: (Keyfiyyət dərəcəsini müəyyən etmək üçün birinci sətirdə olan rəqəmlərin sayının cəmi hesablanır.)
Əgər heç bir rəqəm yoxdursa (birinci sətir boşdursa) - Bu insan qarşısına məqsəd qoymur, başqa insanlara və təsadüflərə güvənir. Onu öz fikrindən daşındırmaq və öz planlarını rədd etməyə məcbur etmək olduqca asandır.
Bir rəqəm - Nisbətən zəif məqsədlidir. Bu keyfiyyətə malik insanlar tez-tez mübahisə edirlər. Ancaq mübahisə etmələri heç də o demək deyildir ki, onlar mübahisənin qalib gələn tərəfi olurlar. Onlar sadəcə mübahisədə qalib gəlməyə can atırlar. Dostlarına və təsadüflərə güvənir.
İki rəqəm - Normal məqsədli yaşam. Bu insan həyatda yavaş-yavaş irəliləyir. Əvvəlcə öz potensialını müəyyən etdikdən sonra, qarşısına müvafiq məqsədlər qoyur.
Üç rəqəm - Bu insan öz məqsədini gözlənilmədən dəyişir. Tez-tez onun qəbul etdiyi qərarlar heç cür izah olunmur və bəraət qazanmır.
Dörd rəqəm - Güclü məqsədli yaşam. İlk öncə insan öz qarşısına müəyyən etdiyi məqsədi qoyur və ondan sonra həmin məqsədə çatıb-çatmamağı və ya həmin tapşırığın öhdəsindən gəlib-gəlməməyi düşünür. Çox vaxt öz maraq dairəsinə və potensialına cavab verməyən məqsədlərə nail olur.
Beş rəqəm - Çox güclü məqsədli yaşam. Bu insanlar qarşılarına məqsəd qoyduqları zaman öz yaxınlarını belə unudurlar. Onlar məqsədə çatmaq uğrunda çox şey itirə bilərlər, amma məqsədlərinə çatırlar.
Altı və daha çox rəqəm - Bu göstərici keyfiyyət dərəcəsinin həddindən artıq yüklənməsinə işarədir. İnsan qarşısına eyni anda müxtəlif məqsədlər qoyur və özünü o qarışıq məqsədlərin arasında idarə edə bilmir.







Psixomatrisin I sətri: 15 aprel 1972-ci il doğum tarixli şəxsə məxsusdur.
Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin birinci sətri 7 rəqəmdən ibarətdir. Bu isə həmin şəxsdə keyfiyyət dərəcəsinin həddindən artıq yüklənməsinə, qarşısına eyni anda müxtəlif məqsədlər qoyub, sonradan həmin məqsədləri idarə edə bilməməsinə işarədir.
Psixomatrisin II sətri

Psixomatrisin II sətri "2", "5" və "8"-ci xanalardan ibarətdir. İkinci sətir aşağıdakı kimi xarakterizə olunur:
Ailəcanlı olmaq keyfiyyəti
Ailə sahibi olmağa meyl
Yaxınlarının arasında olmaq

İkinci sətrin keyfiyyət analizi: (Keyfiyyət dərəcəsini müəyyən etmək üçün ikinci sətirdə olan rəqəmlərin sayının cəmi hesablanır.)
Əgər heç bir rəqəm yoxdursa (II sətir boşdursa) - Bu insan ailəcanlı deyil. Bu o deməkdir ki, ailə həmin insanın fikirləşəcəyi ən son şeydir. Bir qayda olaraq, bu keyfiyyətə malik insanlar ailə qurmağa tələsmirlər. Onları ən çox iş, karyera və dostları düşündürür.
Bir və ya iki rəqəm - Bu insan başa düşür ki, ailə qurmaq lazımdır, lakin bu istiqamətdə xüsusi səy göstərmir. Gözləyir ki, nə vaxt hər şey öz-özünə həll olunacaq.
Üç rəqəm - Bu insanlar ikili istək içində olurlar. Ailə qurmaq və ya qurmamaq arasında tərəddüd edirlər. Bir tərəfdən hədsiz dərəcədə ailə qurmaq istəsələr də, digər tərəfdən ümumiyyətlə ailə qurmaq haqqında düşünmək belə istəmirlər. Əgər bu tipli insanlar ailə qurmaq üçün qərar veriblərsə, tezliklə bunu reallaşdırmaq lazımdır, əks halda onun ailə qurmağı uzun bir zaman tələb edə bilər.
Dörd rəqəm - Bu insan ailə qurmaq istəyir və istəyir ki, bu iş tezliklə baş versin. Bəzən ailənin dağılma təhlükəsi yarandıqda ailəsini qorumaq üçün çalışır.
Beş rəqəm - Ailəcanlı olmağın ən güclü keyfiyyət göstəricisi. Bu tipli insanlar ailələrinin ideal görünməsini istəyirlər və bu mənada ailələrinə qarşı həddindən artıq tələbkar olurlar. Ailələrinə tələbkar olduqları kimi, özlərinə də eyni səviyyədə tələbkar davranırlar. Ümumiyyətlə, bu insanlar özlərini ailəsiz halda düşünə bilmirlər.
Altı və daha çox rəqəm - Ailəcanlı olmaq keyfiyyətinin həddindən artıq yüklənməsi, bu keyfiyyət dərəcəsinin zəifləməsi ilə izah olunur ki. Bu insanlar öz ideallarını uzun müddət axtarırlar və ailə qura bilmirlər. Və ya ailələrini vaxtında qursalar da, həddindən artıq ailə problemləri ilə üzləşirlər. Bu proses onların ailəcanlı olmaq keyfiyyət dərəcəsini aşağı salır.




Psixomatrisin ikinci sətri: 15 aprel 1972-ci il doğum tarixli şəxsə məxsusdur

Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin 2. sətri 4 rəqəmdən ibarətdir. Deməli, bu insan ailə qurmaq istəyir və istəyir ki, bu proses uzanmasın. Və ailəsinin dağılmaması üçün əlindən gələni etməyə hazırdır.


Psixomatrisin III sətri



Psixomatrisin III sətri "3", "6" və "9"-cu xanalardan ibarətdir. Üçüncü sətir aşağıdakı kimi xarakterizə olunur:
İnsanın stabilliyi
Dəyişikliyi xoşlamaq
Vərdişlər, bağlılıqlar, qorxular

Üçüncü sətrin keyfiyyət analizi: (Keyfiyyət dərəcəsini müəyyən etmək üçün üçüncü sətirdə olan rəqəmlərin sayının cəmi hesablanır.)
Rəqəm yoxdursa (III sətir boşdursa) və ya 1 rəqəm - Ruhən inqilabçı insandır. Ətrafında olan hər şeyi dəyişməyə can atır. Mühitin, iş yerini, bir sözlə, özünü və ətrafındakılarını daim dəyişməyə çalışır.
İki rəqəm - Bu insan dəyişikliyə meyllidir, lakin öz istəyi ilə inqilabçı ruhunu boğa bilir.
Üç rəqəm - Qeyri-stabil və vərdişləri olan insandır. Bir tərəfdən özündə müxtəlif bağlılıq və vərdişləri birləşdirsə də, digər tərəfdən çox asanlıqla heç bir səbəbi olmadan onlardan imtina edə bilər. Bütün bunlar gözlənilmədən baş verir.
Dörd və ya beş rəqəm - Çox stabil insanlardır. Özlərini müxtəlif vərdiş və bağlılıqları ilə mühasirəyə alırlar. Bununla da özləri üçün stabil mühit yaradırlar. Dəyişiklik etməyi ağıllarına belə gətirmirlər.
Altı və daha çox rəqəm - Keyfiyyət dərəcəsinin yüklənməsi. Bu insanlar o qədər vərdişlərə malik olurlar ki, axırda özləri vərdişlərindən bezirlər. Çünki həmin vərdişlər həyatda onlara mane olmağa başlayır. Demək olar ki, bu insanlar öz vərdişləri ilə mübarizə edirlər.





Psixomatrisin üçüncü sətri: 15 aprel 1972-ci il doğum tarixli şəxsə məxsusdur

Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin III sətri 3 rəqəmdən ibarətdir. Deməli, bu insan qeyri-stabil və vərdişləri olan insandır. Bir tərəfdən özündə müxtəlif bağlılıq və vərdişləri birləşdirsə də, digər tərəfdən çox asanlıqla heç bir səbəbi olmadan onlardan imtina edə bilər.


Views: 815 | Added by: Versus | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
REKLAM-TAK
MINI-CHAT
REKLAM-WMLINK
WMLINCK-IFRAME

Copyright VersuS © 2024
Website builderuCoz