Saturday, 2024-05-18, 7:39 PM
Welcome Guest | RSS

Beşikdən qəbr evinə kimi elm öyrənin...

Menyu
LOGİN
STATISTIKA

Main » 2011 » March » 21 » Bakcell-in fake 3G-si
6:38 PM
Bakcell-in fake 3G-si
Yəqin ki, Bakcell-in 3.5G datakart reklamlarını hər kəs görüb. 3.5G sözünə olduqca çox vurğu edilir, çox qabardılır. Modemdə hər nə qədər 3.5G deyilsə də, Bakcelldə 3G servisi yoxdur. Sadəcə mobil internet olaraq GPRS ən yaxşı halda isə EDGE-dir. İndiyə qədər buna o qədər də əhəmiyyət vermirdim. Ta ki, son bir neçə gündə rastlaşdıqlarıma qədər. Bir neçə gün əvvəl Türkiyədə sosial media sahəsində çalışan və Universitetlərindən birində dərs deyən bir şəxslə görüşdüm. Çox maraqlı görüş və görüşdə yeni texnologiyalardan danışmaq… Mobil internetdən söz düşəndə isə «Sizdə burada 3.5G də var artıq, Bakcell təklif edir». Təqribi bu mənada bir söz işlətdi. O zaman bilmədim bizdə hələ də normal 3G olmadığı üçün, yoxsa iri komunikasiya şirkəti olan Bakcell-in bu cür reklam kampaniyası keçirdiyi üçün utanım. Növbəti belə yanılma halı ilə rastlaşanda isə, qərar verdim ki, haqqında yazam. Bu gün Mak.azda Mobil-Maina adlı bir yazı oxudum. Ümumi götürdükdə maraqlı yazıdır. Ancaq yazıda belə bir cümlə diqqətimi cəlb elədi — "Dünyanın artıq 4G-ə keçməsinə baxmayaraq, bizim üç operatordan ikisi 3G təklif edir və üçüncüsü də qoşulmaq üzrədir". Bu 3G təklif edən operatorlardan biri Azerfondur (Azerfon da sadəcə təklif edir, onu nə dərəcə verməyi sual altındadı). İkinci olaraq da yəqin ki, Bakcell nəzərdə tutulub. Çünki, ancaq onun reklamları belə yanılqı yarada bilər. Azercell isə bu sahədə daha diqqətli hərəkət edir. Nəticə olaraq Bakcell reklamları ilə müştəriləri yanıldır. İnformasiyanı tam, dolğun ötürmür. Həmdə elə təsir bağışlayır ki, bunu bilərəkdən edir. Son günlərdəki təcrübəm onu da göstərdi ki, reklamla hətta bu sahə ilə əlaqəsi olan adamları belə yanılda bilir. Tariflərə nəzər yetirdikdə elə xidmət barədə bir fikrə gəlmək olar. Bununla da həm də Bakcell gələcəkdə almaq ehtimalı olduğu 3G lisenziyasından sonra bu sahədə edə biləcəyi reklamları da məhdudiyyətləşdirir. İndi GPRS olaraq 3.5G deyə reklam edir. 3.5G-ni həddindən artıq qabardır. Növbəti mərhələdə 3G-ni qabartsa bu sıradan tamaşaçıda rəqəm geriləməsi kimi qəbul ediləcək. Yəni geriyə addım olacaq. Bekcell yeni mobil internet erasına keçmək üçün çox işləməli ən azından insanlara bunu çox yaxşı izah etməli olacaq. Ya bəlkə 3G-nin də lisenziyasını alanda onu ictimaiyyətə 4G modemi ilə təqdim edəcək, onu deyə bilmərəm.
Views: 1003 | Added by: Versus | Tags: * Bakcell Data kart, * GPRS, * EDGE, * datakart, * 3G, * Azerfon, * Azercell, * 3.5G, * Bakcell | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
REKLAM-TAK
MINI-CHAT
REKLAM-WMLINK
WMLINCK-IFRAME

Copyright VersuS © 2024
Website builderuCoz