Saturday, 2024-05-18, 6:25 PM
Welcome Guest | RSS

Beşikdən qəbr evinə kimi elm öyrənin...

Menyu
LOGİN
STATISTIKA

Main » 2011 » March » 21 » Bakcell-in yeni 0 Facebook xidməti
6:42 PM
Bakcell-in yeni 0 Facebook xidməti
[Facebook Bakcell] Əksərən Bakcell haqqında o qədər də pozitiv yazmamışam. Bu dəfə ənənəni pozacam (sözün düzü Bakcell keçmiş imicindən xilas olub, o imicə Azerfon-u itələyir, bu ayrı blog postumun mövzusu olacaq). Bir neçə vaxtdır ki, Bakcell ilə Facebook arasında olan danışıqlar öz səmərəsini verir. Yaxın zamanda Bakcell mobil internet istifadəçiləri üçün yeni bir xidməti olacaq. Bu barədə istifadəçilərin heç biri praqnoz verə bilmədilər. Bu gün aldığım məlumata görə artıq hazırlıq işləri bitib, bu ay ərzində servis aktiv olacaq. Bəs bu servis nədir? Facebook Zero — 0.facebook.com. Bu Mobil operatordan Facebooku pulsuz istifadə etmək üçün olan servisdir. Bu barədə ümid edirəm ki, istifadəçilərin məlumatı var. Olmayanlar üçün qısaca demək olar ki, Facebook hesabına daxil olub, bildirişləri, commentləri statusları görə biləcəyimiz bir servisdir. Kontur/pul sadəcə media fayllara baxdıqda gedir. Yəni, Bakcelldə Facebook pulsuz olacaq. Xidmətin böyük ehtimalla bu həftə sonuna yaxın (əgər planladıqları kimi getsə ayın 4-5-i) aktivləşdirilməsi gözlənilir. Reklamların filanın da nə vaxtdan başlanacağını görəcəyik. Bakcell-in qazancı: Əvvəla yeni internetdən istifadə alışqanlığını öz userlərinə aşılayacaq. Bu isə uzun müddətdə Bakcellə böyük xeyir verəcək. Facebook-un istifadəçilərinin yarısının cavan yaş qrupunda olduğunu da nəzərə almaq lazımdır. Əgər Facebook Zero Bakcell-ə yeni Abonentlər qazandırsa bu content satışlarına da təsir edə bilər. Rəqabət: Rəqabətdə də Bakcellin xeyrinə işləyəcək. Onsuz da Bakcell gedərək imicini düzəldir. Rəqiblərdən qazandığı bazar payı, yeni korporativ müştəriləri (BP kimi) bunu deməyə əsas verir. Əvvəl Azercell-in Bakcell-ə fikir verməmə prinsipi də dəyişib. Son reklamda "özünü ulduz sayır" deməklə Bakcell-ə bir söz də atmışdı. Bu da Azercellin narahat olduğundan xəbər verir. Arada qalan bir tək şəbəkə keyfiyyətidir. Bu isə bildiyimə görə aradan qalxmaq üzərədir. 3G-si belə olan Azerfon-un indiyə qədər bu tip yeniliyi etməməyi günahdı. Bu servisə mobil telefonun öz brouzerindən daxil olub istifadə etmək lazım olacaq. Opera Mini/Mobile ilə servisin işləməmə ehtimalı var. Çünki Opera səhifələri sıxışdırmaq üçün əvvəl öz serverlərində açır, sonra sıxışdırılmış həcmi operatora yollayır. Bu zaman qəbul edilmiş data Facebook-dan yox Opera-dan gəldiyi üçün hesabdan kontur/pul çıxılır. BlackBerry istifadə prinsipindən dəqiq bilmədiyimə görə isə onun haqqında bir şey deyə bilməyəcəm. Qeyd: Bildiyimə görə Azercell də Facebook Zero üçün çalışır. (Rebranding vaxtından bəri, arada fasilələr verərək işlədiyindən gecikir). P.S. Bu gün martın 21-dir. Bu xidmət ilk əvvəl işləsə də, sonrakı zamanlarda texniki problemlər çıxdı. Buna görə təkmilləşdirmə işləri aparmaq üçün 0 FB xidməti müvəqqəti dayandırılıb.
Views: 1050 | Added by: Versus | Tags: * Bakcell Data kart, * datakart, * 3G, 0.facebook.com, GPRS, Facebook, * Azercell, * 3.5G, * Bakcell | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
REKLAM-TAK
MINI-CHAT
REKLAM-WMLINK
WMLINCK-IFRAME

Copyright VersuS © 2024
Website builderuCoz