Saturday, 2024-05-18, 4:18 PM
Welcome Guest | RSS

Beşikdən qəbr evinə kimi elm öyrənin...

Menyu
LOGİN
STATISTIKA

Main » 2011 » March » 25 » QISA XƏBƏRLƏR
4:29 PM
QISA XƏBƏRLƏR

Azərbaycan Milli Ordusunun zabiti yaralanıb
Hərbi mənbədən şənbə günü Trend-ə verilən məlumata görə, Füzuli rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində kapitan Cəfərov Ramin Vaqif oğlu yaralanıb və hospitala yerləşdirilib.
Azərbaycan daxili işlər naziri Xaçmazda vətəndaşları qəbul edib
Nazirliyin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyətinə dair məsələlərlə əlaqədar martın 26-da Xaçmaz şəhərində olub.
Azərbaycanda qanunsuz ov hallarına qarşı reydlər keçirilib
Azərbaycan ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilib.
Obama ABŞ-ın Liviyada quruda əməliyyatlar aparılmasını planlaşdırmadığını təsdiqləyib
ABŞ Liviyada quruda əməliyyatlar aparmağı planlaşdırmır , onların silа hlı qüvvələrinin münqaişədəki rolu isə əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq. Bunu ABŞ Prezidenti Barak Obama bəyan edib. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" yazır.
Sabah dünyanın hər yerində işıqlar söndürüləcək
Sabah dünyanın hər yerində yüz milyonlarla insan yer saatını qeyd edəcək. Bütün qadınlar, kişilər və uşaqlar yerli vaxtla 20:30-da 60 dəqiqə ərzində işıqlarını söndürməklə dünyada baş verənləri dəyişmək istədikləri barədə mesaj göndərəcəklər.
Qəddafi istefa verməlidir - Türkiyə Prezidenti
Türkiyə Prezidenti Abdullah Gül Qabonda bu ölkənin rəhbəri ilə görüşündən sonra verdiyi açıqlamada Liviya lideri Müəmmər Qəddafinin istefa etməli olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "İhlas" xəbər agentliyi məlumat verib.
Novruz bayramı tədbirlərinin təşkili ilə bağlı Tehranda daimi katiblik yaradılacaq
Novruz bayramının beynəlxalq bayram statusu alması münasibətilə martın 27-də İranda keçirilən ikinci beynəlxalq Novruz mərasimində bayram tədbirlərinin təşkili məqsədilə Tehranda daimi katiblik yaradılacaq. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat verir.
FİFA və UEFA oyunlar zamanı totalizatora pul qoyuluşlarını qadağan etməyə hazırlaşır
FİFA və UEFA danışılmış oyunlarla mübarizə məqsədilə totalizatora pul qoyuluşlarının qadağan edilməsini müzakirə edir. Trend-in məlumatına görə, bu barədə /sports.ru/ məlumat yayıb.
Bakıda 3000 toyuq yanıb
Bakıda quşçuluq fermasında yanğın zamanı 3000 toyuq yanıb
Belçikalı və portuqaliyalılar lotereyada 69 milyon avro udublar
Dünən Avropanın doqquz ölkəsində - Fransa, İspaniya, Avstriya, Portuqaliya, Böyük Britaniya, İsveçrə, İrlandiya, Lüksemburq və Belçikada keçirilən "Avromilyonlar" lotereyasında Belçika və Portuqaliya vərtəndaşları 69 milyon avro udublar. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi yerli KİV-ə istinadən xəbər yayıb.
Azərbaycanda övladlarının hüquqlarını pozan valideynlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər
Azərbaycanda övladlarının hüquqlarını pozan valideynlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
"Fukusima-1" AES rayonunda dənizdə radioaktiv yodun səviyyəsi normadan 1,25 min dəfə çoxdur
Yaponiyanın "Fukusima-1" atom elektrik stansiyası (AES) yaxınlığında dənizdə radioaktiv yod izotoplarının miqdarı normadan 1,25 min dəfə çoxdur. Trendö-in məlumatına görə, bu barədə "Kiodo" agentliyi xəbər yayıb.
"Qalatasaray" klubunun yeni baş məşqçisinin adı müəyyənləşib
"Qalatasaray" klubunun yeni baş məşqçisinin adı müəyyənləşib
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozub - Azərbaycan Müdafiə Nazirliyi
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
İbrahim Tatlısəs Türkiyənin Baş naziri ilə müzakirələr aparıb (FOTO)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan sui-qəsd nəticəsində ağır yaralanan məşhur müğənni İbrahim Tatlısəsə baş çəkib.
Brüsseldə gənc Azərbaycan rəssamlarının sərgisi açılıb (FOTO)
Brüsseldə Brenart qalereyasında "Dirçəliş" gənclərin sosial və psixoloji reabilitasiyası mərkəzi tərəfindən Azərbaycanın gənc rəssamlarının sərgisi açılıb.
Azərbaycan sabah yay vaxtına keçir
Azərbaycan sabah yay vaxtına keçir
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Novruz bayramına həsr edilmiş konsertdə baş verən insidentlə bağlı bəyanat verib
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Qüdsi Osmanov Novruz bayramına həsr edilmiş konsertdə baş verən insidentlə bağlı bəyanat verib. Bu barədə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun protokol xidmətinin məlumatında bildirilir.
BMT-nin mənzil-qərargahında Novruz bayramı münasibətilə konsert keçirilib
Cümə axşamı Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında Beynəlxalq Novruz Günü münasibətilə Beynəlxalq Türk Mədəniyyətləri Təşkilatının (TÜRKSOY) üzv dövlətlərinin təşkilatçılığı ilə konsert keçirilmişdir.
Məhz Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərin səmasında mülki aviasiyanı vururdu - Azərbaycan XİN-i
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov son vaxtlar Azərbaycanın işğal olunmuş əraziləri üzərindən mülki uçuşlar üçün mümkün təhlükələrə dair erməni tərəfinin səsləndirdiyi bəyanatları cümə günü izah edərkən Trendə bildirib ki, bu məsələdə Azərbaycan tərəfinin mövqeyi daha əvvəl artıq səsləndirilib.


Views: 981 | Added by: Versus | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
REKLAM-TAK
MINI-CHAT
REKLAM-WMLINK
WMLINCK-IFRAME

Copyright VersuS © 2024
Website builderuCoz