Saturday, 2024-05-18, 1:50 PM
Welcome Guest | RSS

Beşikdən qəbr evinə kimi elm öyrənin...

Menyu
LOGİN
STATISTIKA

Main » 2011 » March » 29 » Həzi Əhəd oğlu Aslanov
8:01 PM
Həzi Əhəd oğlu Aslanov

Doğum tarixi 22 yanvar 1910-cu il

Doğum yeri Lənkəran

Vəfatı 24 yanvar 1945-ci il (35 yaşında)

Ölüm yeri Mitava

Mükafatları:

Həzi Əhəd oğlu Aslanov – 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlı general-mayor.

Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini şəhər 1 saylı orta məktabində alıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb, sonra o, komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxumuşdur. 1929-cu ildə oranı bitirdikdən sonra Leninqrad suvari məktabinə daxil olur. İki illik təhsildən sora o, Kotovsk adına III Bessarabiya süvari diviziyasında tağım komandiri kimi fəaliyyətə başlayır. Hərb sənətinə möhkəm bağlanan Həzi döyüş texnikası ilə yaxından maraqlanır, həm öyrənir həm də öyrədirdi.

İkinci dünya müharibəsi başlananda o, Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərdi. O öz döyüşçüləri ilə Donbass ətrafında düşmənin şiddətli hücumlarını düz beş ay dəf edib onu ağır tələfata uğratdı. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmənlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa-vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardı.

Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumunu dəf etdilər, bir batalyon piyada qoşunu , 30 tankı, 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H. Aslanov 1942-ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. O, daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o Zirehli tank qoşunları Akademiyasının bir illik təhsil proqramını 3 aya mənimsədi. Sonra o, yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında Belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belorusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hücumları davam etdirdilər. Aslanovun briqadası iyunun24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov Ordeninə layiq görüldü. 1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə , fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır. İki dəfə Qırmızı Ulduz, 3 dəfə Qırmızı bayraq , Aleksandr Nevski, İkinci dərəcəli Suvorov Ordeni, 1-ci dərəcəli Vətən Müharbəsi ordeni və saysız medallarla təltif edilmişdir.

Böyük Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən kapitan Aslanov Moskva ətrafındakı vuruşmalarda (1941) göstərdiyi igidliyə görə və komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə Həzi Aslanov Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. Aslanovun 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərmişdir.

Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı vermək haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılmışdır ki, cəbhə komandanlığının döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilsin. Aslanovun polkuna isə qvardiya adı verilmişdir. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak etmişdir. 1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi. Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov Mitava şəhəri yaxınlığındakı vuruşmada qəhrəmancasına həlak olmuşdur.

24 yanvar 1945-ci ildə Həzi Aslanov Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə həlak olub. 1944-cü ildə general-mayor H. Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H. Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır. Burada qəhrəmanın abidəsi ucaldılmışdır. 1969-cu ildə Həzinin vətəni Lənkəranda onun ev-muzeyi açılmış,1983-cü il 8 mayda Lənkəran şəhərinin mərkəzində onun boyük heykəli ucaldılmışdır. Bakı küçələrindən biri Həzi Aslanovun adını daşıyır.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!

Views: 914 | Added by: Dervish | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
REKLAM-TAK
MINI-CHAT
REKLAM-WMLINK
WMLINCK-IFRAME

Copyright VersuS © 2024
Website builderuCoz