Saturday, 2024-05-18, 1:25 PM
Welcome Guest | RSS

Beşikdən qəbr evinə kimi elm öyrənin...

Menyu
LOGİN
STATISTIKA

Main » 2011 » March » 29 » Bir kişinin İmam Əlidən (ə) öyrənə biləcəkləri
8:23 PM
Bir kişinin İmam Əlidən (ə) öyrənə biləcəkləri

Əxlaqi səciyyələr İslam dininin əsas tələblərindən biridir. Təsadüfi deyil ki, Rəsulullah (s), yəni İslamın rəhbəri əxlaqi səciyyələrin tamamlanmasını öz risalətinin əsas səbəbi kimi göstərmişdir. Deməli, əxlaq İslam dinində kifayət qədər önəmli yer tutmaqdadır. Bu məqalədə biz Rəsulullahın ən əzəmətli tələbəsi və canlı möcüzə, Qurani-Natiq (Danışan Quran) olan İmam Əlinin (ə) həyatında çox qabarıq şəkildə özünü göstərən bir əxlaqi səciyyədən söz açmaq istəyirik: Mərdlik!

İmam Əli (ə) mərd adam idi. Mərdlik, qeyrət, düzlük, cəsarət – bunlar o böyük şəxsiyyətin timsalında diqqəti daha çox cəlb edir. Doğrudur, adətən İmam Əlidən (ə) danışılanda Onun döyüş, ibadət, elm, səbr səhnələrindəki qəhrəmanlıqlarından danışılır. Amma biz o Həzrətin (ə) indi bütün kişilərə daha çox dərs verə biləcək yönlərindən danışmaq istərdik. Biz dünyada yaxşı döyüşən, yaxşı ibadət edən, yaxşı səbr edən, yaxşı alim olan az insan tanımırıq. Doğrudur, bu sadalanan sahələrdə də İmam Əliyə (ə) çatmaq hələ heç kəsə nəsib olmayıb, lakin az-çox o Həzrətə (ə) oxşamaq istəyənlər olub və hələ də var. Amma İmamın (ə) mərdliyini, haqqın tərəfini saxlamaq çabasını, hamının haqqını öz haqqı bilərək qorumaq xüsusiyyətini yaşadanlar və ya yaşatmaq istəyənlər çox azdır. Hətta mərdlik baxımından o Həzrətə (ə) bənzəyənlər tamamilə yox səviyyəsindədir. İmam Əli (ə) mərd idi, avam dili ilə desək kişi adam idi, yaxşı oğlan idi! Eşitsə və ya bilsə idi ki, kiminsə haqqı tapdanır, imkanı olanda şəxsən özü müdafiə etməyə çalışar, imkanı olmadığı təqdirdə isə ən azı dili və sözləri ilə həmin haqqın bərpasına səy göstərərdi. Kiminsə haqqı tapdansaydı və İmam Əli (ə) bunu bilsəydi – Onun bu zülmə etiraz etməməsi qeyri-mümkün idi! Kiminsə haqqının tapdalanmasına Əli əleyhis-səlamın biganə yanaşma fərziyyəsi belə absurddur. Elə bu xüsusiyyət hal-hazırda yox səviyyəsindədir. Yəni özünü İmam Əli (ə) şiəsi sayan milyonlarla insanın əxlaqında mərdlik tapmaq müşkül bir işə çevrilib. Çox yaxşı abidlər tanıyırıq, amma mərdlikdən uzaqdırlar, çox "igidlər” tanıyırıq, lakin namərddirlər, çox alimlər var ki, onlarla yoldaşlıq etməmək daha məsləhətdir. Bəli, mərd insan tapmaq olmur!

İslamın bir çox tələbləri elə mərdliyə əsaslanır. Namərd insan nə Tanrı haqqını tanıyar, nə qul haqqını! İnsan mərd olmasa onda təşəkkür etmə duyğusu olmaz! Onda namus, qeyrət, insanların hüquqlarını qorumaq hissləri olmaz. İnsan nə qədər mərddirsə o qədər də bəndədir. Təsəvvür edin , İmam Əlini (ə) öldürtmək istəyən qadın – Qutam o Həzrəti (ə) ona görə öldürtmək istəyir ki, İmamdan acığı gəlir və səbəb kimi bunları deyir: Bütün Kufə məndən gözünü çəkmədiyi halda Əli bircə dəfə də mənə baxmadı. Yəni Əlini (ə) mərd, qeyrətli, namuslu olduğu üçün öldürürlər. Hanı Əli (ə) şiələri?! Hanı Əli (ə) xislətli insanlar?! Hanı Əli (ə) kimi mərd müsəlmanlar?!

Əli (ə) olan yerdə mövqeyindən asılı olmayaraq heç bir kişi və ya qadının haqqını tapdamaq olmazdı! Bu biz kişilərə bir dərs olmalıdır!

Mircəfər Əyyubzadə (ilahiyyatçı)

Məlumatdan istifadə etdikdə istinad zəruridir!

Views: 980 | Added by: Dervish | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
REKLAM-TAK
MINI-CHAT
REKLAM-WMLINK
WMLINCK-IFRAME

Copyright VersuS © 2024
Website builderuCoz